Rusiya ağır gənə ensefaliti epidemiyası ilə təhlükə altındadır.
İnterpress.az xəbər verir ki, bu açıqlama ilə immunoloq Mixail Bolkov çıxış edib. Sibir və Uzaq Şərq üçün xarakterik olan gənə ensefaliti Rusiya Federasiyasının qərbinə, hətta Qərbi Avropa ölkələrinə də yayılmağa başlayır.
Xəstələrdə simptomlar: qızdırma, intoksikasiya, nevroloji pozğunluqlardır.
Virus beyin və onurğa beyninə təsir edir, hətta əlillik halları da olur.
Moskva vilayətində də yoluxma hallarının sayı artıb.
Mütəxəssislərin fikrincə, infeksiya daşıyıcılarına hətta Qırmızı Meydan yaxınlığında da rast gəlmək olar.
Xuraman Etibarlı
İnterpress.az