Dövlət Dumasında Azərbaycan diasporlarına və təşkilatlarına qarşı sərt tədbirlərə çağırış edilib.
İnterpress.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporlarının darmadağın edilməsini təklif edib.
Deputatın sözlərinə görə, Rusiyanın “ordusu və donanmasından başqa əsl dostu yoxdur” və postsovet ölkələri ilə münasibətlər “sən mənə – mən sənə” prinsipi əsasında qurulmalıdır.
Matveyev iddia edib ki, “bu rejimlərin ideologiyasının əsasını rusofobiya təşkil edir”.
O, Rusiyanın cavab addımı kimi diasporların dağıdılması, onların biznesinə zərbə vurulması, həmçinin əvvəlcə hakimiyyət və güc strukturlarındakı təsirin məhdudlaşdırılmasını tələb edib.
Xuraman Etibarlı
İnterpress.az