Rusiyada həbsxanada qaz balonu PARTLADI – Məhbuslar YANDIbackend

Rusiyada həbsxanada qaz balonu PARTLADI – Məhbuslar YANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Volqoqradda cəzaçəkmə koloniyasında qaz balonunun partlaması nəticəsində 4 məhbus yaralanıb. 

İnterpress.az xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Volqoqradda 9 saylı cəzaçəkmə müəssisəsində qaz balonunun partlaması nəticəsində 4 məhbus xəsarət alıb.

Onlar qeyd ediblər ki, hadisə tikinti materiallarının saxlandığı otaqda baş verib.

“Qaz balonu partlayıb, nəticədə dörd məhbus yanıb. Onlara dərhal lazımi tibbi yardım göstərilib”, – Federal Penitensiar Xidmətdən bildiriblər.

Zərərçəkənlər şəhər xəstəxanalarından birinə çatdırılıb.

Xuraman Etibarlı

İnterpress.az