İlk dəfə xəstəxanaya yerləşdirilən amerikalı 41 297 dollar ödəyib.
İnterpress.az xəbər verir ki, bu barədə Amerika KİV yazıb. Bildirilir ki, ilk dəfə xəstəxanaya yerləşdirilən amerikalı 41 297 dollar ödəməli olub.
Oğlanın qan təzyiqi yüksəlib və o, tibbi yardım almaq qərarına gəlib, bundan sonra o, minlərlə dollarlıq astronomik hesab alıb.
Ən acınacaqlısı odur ki, bu məbləğə görə bədbəxt adama MRT və ya heç bir cərrahi müdaxilə olmadan ümumi müayinə və ümumi testlər verilib.
Xuraman Etibarlı
İnterpress.az