Səudiyyə Ərəbistanı (KSA) SDF ilə Suriya hakimiyyəti arasında aparılan danışıqlarda vasitəçi rolunu oynaya bilər.
İnterpress.az xəbər verirki, bunu Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanı Abdi “Al Arabiya”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Suriyadan sanksiyaların götürülməsində mühüm rolu nəzərə alınmaqla, KSA-nın vasitəçiliyi “müsbət” ola bilər.
Abdi Suriya prezidenti əl-Şaraa ilə görüşdə ona hökumətdə yüksək vəzifə təklif edilməsi ilə bağlı xəbərləri də təkzib edib.
Xuraman Etibarlı
İnterpress.az