Mənzil İnşaatı Dövlət Agentliyi ilk dəfə banklarda depozit yerləşdiribbackend

Mənzil İnşaatı Dövlət Agentliyi ilk dəfə banklarda depozit yerləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilk dəfə banklarda 105,463 milyon manat depozit yerləşdirib.

Ötən il MİDA həmçinin 3 illik fasilədən sonra 63,82 milyon manat borc verib. Sonuncu dəfə Agentlik 2021-ci ildə 49,227 milyon manat borc vermişdi.

Xatırladaq ki, MİDA ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyon manatdır. Agentliyin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə qurumun tabeliyində “MİDA” MMC yaradılıb.