Türkiyə ilə Qazaxıstan arasında 18 müqavilə İMZALANDI – FOTObackend

Türkiyə ilə Qazaxıstan arasında 18 müqavilə İMZALANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə Qazaxıstan arasında 18 müqavilə imzalanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Ankarada Türkiyə və Qazaxıstan prezidentləri Ərdoğan və Tokayev arasında görüş baş tutub.

Müdafiə sənayesi, investisiya, enerji, ticarət, nəqliyyat, logistika, həmçinin terrorla mübarizə, xüsusilə FETÖ ilə mübarizə sahələrində əməkdaşlıq müzakirə edilib.

Ərdoğan bildirib ki, Qazaxıstan Türkiyənin regionda ən böyük ticarət tərəfdaşıdır və tərəflər ticarətin həcmini 15 milyard dollara çatdırmaq niyyətindədirlər.

Tokayev türk sərmayəçilərini birgə fond yaratmağa və mədənçıxarma sənayesi və təbii sərvətlərin işlənməsi layihələrində iştirak etməyə çağırıb. Danışıqların yekunu üzrə 18 hökumətlərarası və idarələrarası sənəd imzalanıb.

Qazaxıstan və Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasının bəyannaməsi də qəbul edilib.

Bundan əlavə, liderlər Ukrayna və Qəzza zolağındakı vəziyyəti, türk dünyasındakı hadisələri, həmçinin “Kipr türklərinin bərabər və ayrılmaz hüquqları”nı müzakirə ediblər.

Xuraman Etibarlı

İnterpress.az