Rusiyada dindarları təhqir edən tualet fırçasını qadağan etməyi TƏLƏB ETDİLƏR – FOTObackend

Rusiyada dindarları təhqir edən tualet fırçasını qadağan etməyi TƏLƏB ETDİLƏR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada dindarları təhqir edən tualet fırçasını qadağan etməyi tələb ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Mərkəzi Buddist Ruhani İdarəsinin rəhbəri Qeşe Yonten Buddanın başı olan tualet fırçasının yığışdırılmasını tələb edib.

“Buddistlərin Mərkəzi Ruhani İdarəsi Rusiya Federasiyasındakı “Leman Pro” mağazalarından Buddanın başının təsviri olan tualet fırçalarının çıxarılmasına çalışacaq”, – Qeşe Yonten (Sergei Kirişov) bildirib.

Onun sözlərinə görə, bu əşya dindarların hisslərini təhqir etdiyi üçün qadağan edilməlidir.

O əlavə edib ki, Buddistlərin Mərkəzi Ruhani İdarəsi adından mağaza rəhbərliyinə məktub yazaraq bu məhsulun dərhal yığışdırılmasını tələb etmək niyyətindədir.

Əks halda Qeşe Yonten prokurorluqla əlaqə saxlayacağına söz verib.

Xuraman Etibarlı

İnterpress.az