Rusiyada erməni bar sahibi müharibə iştirakçısını DÖYDÜ – FOTO/VİDEObackend

Rusiyada erməni bar sahibi müharibə iştirakçısını DÖYDÜ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada erməni əsilli bar sahibi müharibə iştirakçısına metal boru ilə hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Novosibirsk vilayəti Çerepanovo şəhərində NEON barının sahibi Ayk Ayrapetyan “SVO” üzvünə metal boru ilə hücum edib.

Yazırlar ki, münaqişə Aykın qatil adlandırdığı hərbçinin təhqir olunması səbəbindən baş verib.

Yerli ictimaiyyətdə Ayrapetyanın barına gələn digər qonaqları milli mənsubiyyətinə görə təhqir etdiyini, həmçinin Çerepanovo sakinlərini nasist adlandırdığını yazırlar.

Çoxsaylı münaqişələr fonunda onun avtomobili də yanıb.

Xuraman Etibarlı

İnterpress.az