Rusiyada imam-xətib CƏRİMƏLƏNDİ – “Cümə namazı” icazəsiz aksiya kimi QİYMƏTLƏNDİRİLDİbackend

Rusiyada imam-xətib CƏRİMƏLƏNDİ – “Cümə namazı” icazəsiz aksiya kimi QİYMƏTLƏNDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada müsəlman icmasının imam-xətibi “cümə namazı”na görə cərimələnib.

Interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva vilayətinin Elektrostal şəhərində müsəlman icmasının imam-xətibi icazəsiz kütləvi tədbir təşkil etdiyi üçün məhkəmə tərəfindən cərimələnib.

Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, “icazəsiz aksiya” sayılan bu tədbir cümə namazı zamanı baş verib və ümumilikdə 623 nəfər iştirak edib.

İştirakçıların əksəriyyətinin miqrantlar olduğu bildirilir.

Qeyd olunur ki, 2024-cü ilin aprelində Moskva vilayətində Antiterror Komissiyasının qərarına əsasən, kütləvi dini və ictimai tədbirlərin keçirilməsi üçün əvvəlcədən hüquq-mühafizə orqanlarına, o cümlədən polisə və FSB-yə məlumat verilməsi məcburidir.

Hüquq-mühafizə orqanları imam-xətibin bu qaydanı pozduğunu əsas gətirərək barəsində inzibati cəza tətbiq edildiyini açıqlayıb.

Xatırladaq ki, oxşar hal daha əvvəl Samara şəhərində də qeydə alınmış, həmin icmanın rəhbəri də məsuliyyətə cəlb olunmuşdu.

Xuraman Etibarlı

Interpress.az