Kazanda İsus Xristos adını götürən şəxs mənzilində ölü tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Vəfat edən şəxsin vəkili mediaya bildirib ki, kişinin ölümü kriminal xarakter daşımır.
Son vaxtlar 46 yaşlı İsus (keçmiş adı ilə Yevgeni Çekulayev) çoxlu spirtli içki qəbul edib və bir müddət sonra evdən çıxmağı dayandırıb.
Qonşular onun mənzilindən gələn pis qoxudan şikayət etdikdən sonra qapı qırılaraq açılıb və içəridə onun cəsədi tapılıb.
Çekulayev 2020-ci ildə adını rəsmi olaraq dəyişib, lakin altı il sonra prokurorluq İsus Xristosun yenidən əvvəlki adına – Yevgeni Petroviç Çekulayevə qayıtması barədə qərar çıxarıb.
Lakin kişi köhnə adını qaytarmağa tələsməyib və bu səbəbdən məhkəmə icraçılarından gizlənmək məcburiyyətində qalıb.
Əlavə olaraq bildirək ki, İsus Xristos öz mənzilində 45 miqrantı saxta yolla qeydiyyata aldığına görə 2 il şərti həbs cəzasına məhkum edilmişdi.
Onun zəngin kriminal keçmişi də olub: 1994-cü ildə soyğunçuluq, 1996-cı ildə oğurluq, 1999-cu ildə isə quldurluq üstündə məhkum olunub.
2007-ci ildə azadlığa çıxdıqdan cəmi bir il sonra mənzilə qanunsuz daxil olmaqla oğurluq etdiyinə görə yenidən həbsxanaya düşüb.
Həmçinin, onun qadağan olunmuş maddələrə meyli olub və məhkəməyə təqdim edilən şəxsi işində 2014-cü ildən etibarən narkoloq qeydiyyatında olduğu qeyd edilib.
Xuraman Etibarlı
İnterpress.az






