Rusiyada miqrantlara qoyulan QADAĞA LƏĞV OLUNDU – İşləmək üçün heç kim YOXDURbackend

Rusiyada miqrantlara qoyulan QADAĞA LƏĞV OLUNDU – İşləmək üçün heç kim YOXDUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada miqrant əməyinə qoyulan qadağa aradan qaldırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Nijni Novqorod vilayətində miqrant əməyinə qoyulan qadağa aradan qaldırılıb. Məlum oldu ki, işləmək üçün heç kim yoxdur.

Bu ilin mart ayında tətbiq edilən məhdudiyyət əsas sahələrdə: ictimai iaşə, pərakəndə ərzaq ticarəti, mehmanxana biznesi, su təchizatı, nəqliyyat, təmizlik, tullantıların utilizasiyası və anbar xidmətləri üzrə götürülüb.

Regional biznes ombudsmanının mətbuat xidməti belə izah edib ki, bu qərar bazarda rəsmi statistikada görünməyən kadr çatışmazlığı ilə bağlıdır.

Xuraman Etibarlı

İnterpress.az