Rusiyada narkotiklərin istifadəsinə icazə verilib, amma yalnız xüsusi məqsəd var.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
2026-cı il sentyabrın 1-dən etibarən Rusiya Daxili İşlər Nazirliyi, FSB və Gömrük Xidməti xidmət itlərinin təlimi üçün həqiqi narkotik maddələri alqı-satqı, saxlama və istifadə edə biləcək.
Bundan əvvəl təlimlərdə imitasiya edilmiş maddələrdən istifadə olunur. Lakin mütəxəssislər qeyd ediblər ki, sintetik analoqlarla öyrədilən itlər real narkotikləri tanımaqda çətinlik çəkirlər.

Xuraman Etibarlı
İnterpress.az






