Moskva ətrafında Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşına qarşı terror aktının qarşısı alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
FSB Moskva vilayətində Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçisinə qarşı planlaşdırılan terror aktının qarşısını alıb.
Məlumata görə, saxlanılan şəxs istintaqa verdiyi ifadəsində törədəcəyi əməli etiraf edib.
Onun 60 kiloqram partlayıcı yüklənmiş avtomobili əvvəlcədən müəyyən edilmiş yerə park etməsi və yüksək rütbəli hərbçi yaxınlıqdan keçərkən partlatması planlaşdırılırdı.
FSB-nin yaydığı videoya əsasən, şübhəli şəxs Ukraynadan səfərbərlikdən yayınaraq qaçıb və artıq Rusiya vətəndaşlığı alıb.
Xuraman Etibarlı
İnterpress.az