Rusiyada “Yalnız müsəlmanlara kirayə” elanlarının yayılması QADAĞAN EDİLDİbackend

Rusiyada “Yalnız müsəlmanlara kirayə” elanlarının yayılması QADAĞAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva məhkəməsi “Yalnız müsəlmanlara kirayə” elanlarının yayılmasını qadağan edib.

İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti-nin əldə etdiyi sənədlərdə bildirilir.

Moskva məhkəməsi müsəlmanlara məxsus olmayan şəxslərə qarşı diskriminasiyanı ehtiva edən kirayə elanlarının yayılmasını qadağan edib.

Məlumatda qeyd olunur ki, belə bir elan bir Telegram kanalında yayımlanıb.

Elanda qeyd olunub ki, kirayəçilər yalnız müsəlman olmalı, “zərərli vərdişləri olmamalı”, maliyyə cəhətdən yetərli, nizam-intizamlı və tərbiyəli olmalıdır.

Moskva məhkəməsi bu elanda millət və din üzrə ayrı-seçkilik əlamətləri gördüyünü bildirərək yayılmasını qadağan edib.

Xuraman Etibarlı

İnterpress.az