Rusiyanın yeganə yerli televizor istehsalçısı “Kvant” rəsmən müflis elan edilib.
İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Moskva Arbitraj Məhkəməsi Rusiyanın yeganə yerli televizor istehsalçısı olan “Kvant” şirkətini rəsmən müflis elan edib.
Məhkəmənin bu qərarı şirkətin yığılıb qalmış 600 milyon rubl (təxminən 12,6 milyon manat) həcmindəki borcları səbəbindən qəbul edilib.
Məlumata görə, şirkətin Voronej şəhərində yerləşən zavodunda populyar “Irbis” markalı televizorlar istehsal olunurdu. Lakin 2025-ci ilin yaz fəslində məhsulların alıcı tapmaması və daxili bazarda rəqabətə dözə bilməməsi səbəbindən televizorların yığılması prosesi rəsmən dayandırılmışdı.
İqtisadi analitiklər qeyd edirlər ki, Rusiya televizor bazarında yerli brendlərin xarici, xüsusilə Asiya ölkələrinin istehsalı olan ucuz və keyfiyyətli analoqları ilə rəqabət apara bilməməsi bu növ milli istehsalçıların iflasına birbaşa yol açır.
Xuraman Etibarlı
İnterpress.аz






