Rusiyalı deputat 4 il Ukraynadan ONLAYN İŞLƏYİBbackend

Rusiyalı deputat 4 il Ukraynadan ONLAYN İŞLƏYİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı deputat 4 ildir ki, Ukraynada yaşayır, uzaqdan işləyir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Mixail Nosik 2020-ci ildə Zabaykalsk diyarının Kalarsky Bələdiyyə Dairəsinin Sovetinin deputatı olub.

2021-ci ildə onkoloji mərkəzdə müalicə üçün Ukraynaya gedib və 2022-ci ilin fevralında müharibə başlayıb. Nosik Ukrayna sənədləri olmadığı üçün ölkəni tərk edə bilməyib.

Həmin ilin yazında Ukrayna təhlükəsizlik qüvvələri onun evinə basqın edərək pul və sənədlərini müsadirə ediblər, lakin o, onları geri ala bilib. Bundan sonra deputat Dneprə köçüb.

Nəticədə deputat dörd il distant rejimdə çalışaraq videozənglər aparıb və VPN vasitəsilə vətəndaşları qəbul edib.

Rusiyada Nosik yalnız bu yaxınlarda, prokurorluq bələdiyyə deputatı statusu ilə bağlı təqdimat hazırlayanda xatırlanıb.

Etika Komissiyası onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini tövsiyə edib.

Xuraman Etibarlı

İnterpress.az