Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında tarixi razılaşmalardan sonra Kremlin təbliğatçıları növbəti dəfə isterikaya düşüb.
Interpress.az xəbər verir ki, rusiyalı propaqandçı Vladimir Solovyovun ardınca Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycana qarşı sanksiyalar tətbiq olunması və “xüsusi hərbi əməliyyat” (SVO) elan edilməsi ilə bağlı çərənləyib.
Deputat Azərbaycan məhsullarının Rusiyaya idxalına qadağa qoyulmasının mümkünlüyündən danışaraq bildirib ki, bu, Rusiya üçün ciddi təsir yaratmasa da, Azərbaycan iqtisadiyyatına ağır zərbə ola bilər.
Qurulev həmçinin Rusiyada fəaliyyət göstərən azərbaycanlılara qarşı təzyiqlərin artırılacağını deyib.
Onun sözlərinə görə, “SVO anlayışı çevikdir və Rusiya Federasiyasının bütün sərhədlərinə şamil oluna bilər”.
Xuraman Etibarlı
Interpress.az