“Əlbəttə, Rusiya indiki məqamda müvəqqəti atəşkəsdə maraqlı ola bilər. Çünki resursları getdikcə tükənir. Tutduğu ərazilərdə qalmaq şərti ilə döyüşlərin dayanması Moksvanın ürəyincədir. Amma Ukraynanın buna razı olacağını və Qərbin buna imkan verəcəyini düşünmürəm. Fikrimcə, döyüşlər hələ bir müddət davam edəcək”.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Kənan Novruzov bildirib.
“Ukraynanın gözlənilən əks-hücum əməliyyatlarından çox şey asılıdır. Həmin əməliyyatların müharibənin taleyində həlledici mərhələ olması istisna deyil.
Savaşın konkret olaraq necə bitəcəyini indidən müəyyənləşdirmək çətindir. Amma görünən odur ki, müharibənin miqyası genişlənəcək və nəticədə ən azı iki dövlətdən biri tarixi məğlubiyyətlə üzləşəcək”, – o əlavə edib.