Rusiyanın xarici borcu 347,7 milyard dollara düşübbackend

Rusiyanın xarici borcu 347,7 milyard dollara düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici borcu ilin əvvəlindən 33 milyard dollar azalaraq iyulun 1-nə 347,7 milyard dollar olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Rusiya Mərkəzi Bankı tərəfindən edilən yazılı açıqlamada ölkənin xarici borcunun son vəziyyəti ilə bağlı məlumatlar yer alıb.

Rusiyanın xarici borcunun ilin əvvəlindən bu yana azaldığına dair məlumatların yer aldığı açıqlamada deyilir: “Rusiyanın xarici borcu bu ilin əvvəlindəki rəqəmlə müqayisədə 8,7 faiz və ya 33 milyard dollar azalaraq cəmi 1 iyul 2023-cü il tarixinə 347,7 milyard dollar”.

Açıqlamada azalmanın əsas səbəbinin qeyri-rezidentlərin dövlət istiqrazlarının satışından qaynaqlanan dövlət idarəçiliyi borclarının azalması olduğu qeyd edilib.