Umerovun səfəri bitir, 20 noyabrda Ukraynaya qayıdır.
İnterpress.az xəbər verir ki, bu barədə Umerovun mətbuat katibi Diana Davityan bildirib.
Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov xarici səfərini 19 noyabr tarixinə qədər davam etdirəcək və 20 noyabrda artıq Ukraynada olacaq.
Son günlər bəzi media orqanları Umerovun ölkəyə qayıtmayacağı barədə iddialar yaymışdı.
Məlumat tezliklə təkzib olundu: Dezinformasiyaya qarşı mübarizə mərkəzi bildirdi ki, Umerov hazırda ABŞ-də rəsmi görüşlər keçirir və planlaşdırılmış qrafik üzrə geri dönəcək.
Şayiələrin yaranması energetika sektorunda korrupsiya qalmaqalı ilə əlaqələndirilir.
Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxslərdən birinə həbs-qətimkan tədbiri seçilərkən, Antikorrupsiya Prokurorluğunun əməkdaşı Umerovun adını çəkmişdi. Bu da mediada müxtəlif versiyaların yayılmasına səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az






