“Saakaşvilinin artıq saçı yoxdur, tamamilə tökülüb”.
İnterpress.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin anası Giuli Alasania bu barədə Vivamed klinikasında jurnalistlərə bildirib.
O, bir daha xatırladıb ki, Mixeil Saakaşvilinin ailəsi və müdafiə tərəfi cəzanın müvəqqəti olaraq təxirə salınmasını tələb edir və Strasburqun bununla bağlı tələbini yerinə yetirəcəyinə ümid edir.
“Onun hələ də qızdırması və yüksək təzyiqi var. Təbii ki, o hərəkət etməkdə çətinlik çəkir. Dünən mənə birbaşa göstərdi – adamın artıq saçları yoxdur, tamamilə tökülüb. Bu hüquqi işlərin müvəqqəti təxirə salınmasını və ona sağlamlığının bərpa olunmasına şərait yaradılmasını tələb edirik. Strasburqun tələbimizi yerinə yetirəcəyini gözləyirik. Nə olacağını və hansı nəticə əldə edəcəyimizi bilmirəm”, – Giuli Alasania bildirib.