“Saakaşviliyə düzgün kalorili yemək verin, həkimə ehtiyac qalmayacaq”.
İnterpress.az xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə mümkün xarici həkimlərin gətirilməsi məsələsindən danışarkən deyib.
Onun sözlərinə görə, Saakaşviliyə lazım olan yeganə şey düzgün kalorili qidalanmaqdır.
“Ona yalnız kalorili qidalar lazımdır. Ona görə də onlar öz ifadələrində qeyri-sabitdirlər. Mixeil Saakaşviliyə düzgün kalorili yemək verin, həkimə ehtiyac qalmayacaq. Bununla belə, ailənin özü eşidilməyən hərəkətlərə əl atır. Düzgün kalorili yemək gətirmirlər, bu, sadəcə olaraq, inanılmaz hadisədir”, – İrakli Kobaxidze qeyd edib.
Qeyd edək ki, polşalı həkimlərin Mixeil Saakaşvilinin müalicəsinə cəlb olunacağı planlaşdırılır. Səhiyyə naziri Zurab Azaraşvilinin sözlərinə görə, polşalı həkimlər uzunmüddətli iş tələb edirlər ki, bunun üçün də onların ixtisaslarını təsdiq edən əlavə sənədlər tələb olunur.