3 dekabrda Ermənistan müxalifəti özünün yeni “Paşinyan”ını açıqlayacaqbackend

3 dekabrda Ermənistan müxalifəti özünün yeni “Paşinyan”ını açıqlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifəti dekabrın 3-də keçiriləcək mitinq zamanı ölkənin baş naziri vəzifəsinə öz namizədinin adını açıqlamağa söz verib.

İnterpress.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə “Daşnaksutyun” partiyasının nümayəndəsi Arsvik Minasyan bildirib.

” 3 dekabrda böyük mitinqin gedişatında biz fəaliyyətimizi elan edəcəyik və baş nazir vəzifəsinə namizədi açıqlayacağıq”, – Minasyan deyib.

Onun fikrincə, baş nazir Nikol Paşinyan nəyin bahasına olursa-olsun, hakimiyyəti əldə saxlamaq istəyir.

“Konstitusiya üsulu ilə xainin yerdəyişməsi üzrə addımlara başlamaq qaldı”, – Minasyan bildirib.

Qeyd edək ki, bu gün Yerevanın mərkəzində müxalifətin yürüşü keçirilib. Aksiya iştirakçıları hökumət binasına yaxınlaşıblar. Aksiyada “Daşnaksutyun”dan başqa “Vətən” və “Çiçəklənən Ermənistan” partiyalarının üzvləri də iştirak ediblər.

 

İnterpress.az