Sakit okeanda ABŞ hərbi vertolyotu və döyüş təyyarəsi qəzaya uğrayıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Komandanlığı məlumat verib.
ABŞ hərbi aviasiyasının vertolyotu MH-60R Sea Hawk və döyüş təyyarəsi F/A-18F Super Hornet Sakit okeanda bilinməyən səbəblərdən qəzaya uğrayıb.
Hadisə ABŞ-nin Cənubi Çin dənizindəki aviadəstəsinin rutin missiyası zamanı baş verib.
ABŞ hərbi qüvvələrinin məlumatına görə, ekipaj üzvlərinə heç bir zərər dəyməyib. Hazırda qəzanın səbəbləri araşdırılır.
Qəzaya uğramış təyyarələrin dəqiq koordinatları açıqlanmayıb. USS Nimitz aviadəstəsi Cənubi Çin dənizində tez-tez fəaliyyət göstərir; ABŞ burada gəmilərin azad hərəkətini təmin etməyə və beynəlxalq ticarət yollarını nəzarətdə saxlamağa çalışır.
Region geosiyasi baxımdan mübahisəlidir: Çin demək olar ki, bütün Cənubi Çin dənizi üzərində iddia irəli sürür, eyni zamanda Filipin, Vyetnam, Malayziya, Tayvan və Bruney də müəyyən ərazilərə iddia edirlər.
Xuraman Etibarlı
İnterpress.az






