Salyanda mühafizəçi intihar edibbackend

Salyanda mühafizəçi intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyanda intihar hadisəsi baş verib.

Bu barədə İnterpress.az-a yerli sakinlər məlumat verib.

Bildirilib ki, rayonun Şəkərli kənd sakini 26 yaşlı Əsədov Vüsal Əliqardaş oğlu səhərə yaxın özünü həyətlərindəki talvardan asaraq intihar edib.

Onun sakit təbiətli bir gənc olduğu, Qaradağ rayonundakı özəl mühafizə xidmətlərindən birində mühafizəçi işlədiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.