Sankt-Peterburqda 11-ci mərtəbədən yıxılan kişi SAĞ QALDI – VİDEObackend

Sankt-Peterburqda 11-ci mərtəbədən yıxılan kişi SAĞ QALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda 11-ci mərtəbədən yıxılan kişi sağ qalıb, ayağa qalxaraq skamyada dincəlməyə yollanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində eşidənləri heyrətə salan əsl möcüzəvi hadisə qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsindən yıxılan yerli sakin inanılmaz şəkildə sağ qalıb.

Hadisə şahidlərinin sözlərinə görə, böyük hündürlükdən aşağı uçan kişinin həyatını binanın yaxınlığındakı tozağacının sıx budaqları xilas edib. Ağacın budaqları zərbənin gücünü əhəmiyyətli dərəcədə yumşaldıb və onun birbaşa sərt yerə çırpılmasının qarşısını alıb.

Daha təəccüblü məqam ondan ibarətdir ki, ətrafdakılar tərəfindən “titan adam” adlandırılan şəxs yerə düşdükdən sonra sakitcə ayağa qalxıb, bir qədər irəliləyərək həyətdəki skamyaya əyləşib və dincəlməyə başlayıb.

Ətrafdakı yoldan keçən sakinlər dərhal əraziyə təcili tibbi yardım çağırıblar. Hadisə yerinə gələn həkimlər 11-ci mərtəbədən yıxılmasına rəğmən, pasiyentə ilkin olaraq yalnız bir neçə sınıq və yüngül bədən əzikləri diaqnozu qoyublar.

Yaralı ətraflı müayinə və müalicə olunmaq üçün dərhal şəhər xəstəxanasına yerləşdirilib.

Hazırda asayiş keşikçiləri tərəfindən hadisənin dəqiq başvermə səbəbləri, eləcə də kişinin ehtiyatsızlıqdan, yoxsa intihar məqsədilə pəncərədən yıxıldığı araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az