Saratov mərkəzində bir yeniyetmə hicablı qadına bıçaqla hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
25 oktyabrda Saratov mərkəzində 17 yaşlı yeniyetmə bir qadına hücum edib. Hücum zamanı çəkilmiş videodan görünür ki, qadın baş örtüyü taxıb, daha sonra onun müsəlman olduğu təsdiqlənib.
Sosial şəbəkələrdə hücumçu yazıb: “Artıq hər şey başladı, müsəlmanlara çox pis olacaq”.
O, hətta meyit şəkillərini paylaşmaq barədə də mesaj yazıb.
28 oktyabrda hücumçu saxlanılıb. Sonra Saratov vilayətinin İstintaq Komitəsi ona qarşı qəsdən qətl cəhdinə görə cinayət işi açıb.
Sosial mediada gənc oğlan dünyagörüşünü “nasizm” kimi təqdim edib.
Hadisə ilə bağlı xəbərlər yayıldıqdan sonra o, “özünü və vətəni ağ terrorla müdafiə etməyə” çağıran bir şəkil istisna olmaqla, VKontakte-dən bütün şəkillərini silib., yalnız bir post qalıb.
Postda sinəsində svastika olan, əlində əsa və kürə əvəzinə AK-47 və bomba tutan ikibaşlı qartal təsvir edilib.
Xuraman Etibarlı
İnterpress.az






