Seçici Makronu “ən vecsiz prezident” adlandırdıbackend

Seçici Makronu “ən vecsiz prezident” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron Qrand Est bölgəsinə səfəri zamanı gözləmədiyi hadisə ilə üzləşib.

İnterpress.az xəbər verir ki, dövlət başçısı yerli sakinlərdən birinin sərt tənqidi ilə üzləşib.

“İlk dəfə sizin sayənizdə Marin Le Penə səs verəcəyəm. Mandatınızın lap əvvəlindən insanlarla rəftarınız çox pisdir. Siz çox təkəbbürlü, insanlara xor baxan və vecsizsiniz. Siz xəstəxanaları sadəcə məhv etdiniz. Mən sizin qədər faydasız Beşinci Respublika Prezidenti görməmişəm”, – deyə sakin bildirib.

Fransa lideri isə cavabında seçiciyə müzakirə oluna biləcək çoxlu arqumentlər verdiyinə görə təşəkkürünü bildirib.

“Mən sizinlə debata girməyə hazıram… Demokratik cəmiyyətdə ideyalarınız varsa, biz söhbət edə bilərik, amma müzakirəyə hazır deyilsinizsə, heç nə alınmayacaq. Xəstəxanalara gəlincə, mən sizə lazım olan məlumatları təqdim edəcəyəm. Mən onlara ildə 12 milyard avro sərmayə qoymuşam”, – deyə Makron cavab verib və əlavə edib ki, sakin çox sərt sözlər deyir, lakin onun fikrinə hörmətlə yanaşır.