Şəhid memarın yubleyi təhsil aldığı universitetdə qeyd olundubackend

Şəhid memarın yubleyi təhsil aldığı universitetdə qeyd olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin məzunu, I Qarabağ müharibəsi şəhidi Fuad Əsədovun 50 illik yubleyi şəhidin təhsil aldığı universitetdə qeyd olunub.

Tədbirdə şəhidin ailə üzvləri, komandirləri, döyüş yoldaşları, AzMİU-nun rəhbərliyi, Memarlıq fakültəsinin müəllim və tələbələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Fuad Əsədovun təhsil aldığı fakültədəki barelyefi önünə əklik qoyublar, onun xatirəsini etiramla yad ediblər.

Bədii hissədən öncə şəhidin tələbə vaxtı çəkdiyi əsərlərdən və Memarlıq fakültəsinin tələbəsi Nabat Əsgərovanın əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonra AzMİU tələbələrinin ifasında şəhid Fuad Əsədovun şeir və nəğmələri əsasında hazırlanmış bədii kompazisiya nümayiş etdirilib. Bədii kompazisiyada şəhidin şeirləri səsləndirilib, onun həyat və yaradıcılığını, döyüş yolunu əks etdirən səhnələr yer alıb.

Tədbirin sonunda şəhidin anası Solmaz Əsədova, Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova, AzMİU-nun prorektoru Orxan Naqdiyev, şəhidin komandirləri və döyüş yoldaşları çıxış edərək Fuad Əsədov haqqında xatirələrini bölüşüblər, gəncləri şəhidlərimizin ruhuna daha da ehtiramla yanaşmağa, onların həyat yolunu dərindən öyrənməyə çağırıblar.