“Əminik ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklər qəbul olunarsa, dərman vasitələrinin çeşidi artacaq”.
Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.
Nazir müavini bildirib ki, dəyişiklikdən sonra dərmanların qiymətlərinin aşağı düşüb-düşməməsi barədə nəsə deyə bilməzlər.