Neo Botanica şəkərsiz zefiri bağırsaq problemlərinə səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya sakinləri Neo Botanica markasının şəkərsiz zefirini istehlak etdikdən sonra mədə-bağırsaq problemləri ilə üzləşirlər.
Bir parça zefirdən sonra insanlar şişkinlik, qarın ağrısı və təcili tualet ehtiyacı hiss etdiklərini bildirirlər.
Məsələnin səbəbi zefirin tərkibinə əlavə edilmiş maltit adlı təbii şirinləşdiricidir.
Maltit, həmçinin yüngül laksativ təsir göstərir və artıq 1–2 ədəd zefirdən sonra təsiri hiss olunur.
Qablaşdırmada gündəlik istehlak norması 1–1,5 ədəd göstərilsə də, bir çox insan üçün bu hədd də problemlər yaradır.
Xuraman Etibarlı
İnterpress.az






