Şəkidə qonşusunun evini təmir edən kişi bədbəxt hadisə nəticəsində ölüb.
İnterpress.az xəbər verir ki, hadisə rayonun Baş Göynük kəndində baş verib. Kənd sakini 1973-cü il təvəllüdlü Orucov Nəzər İsfəndiyar oğlu qonşusunun evinin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılıb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan N. Orucov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib və orada dünyasını dəyişib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır./apa