Şəmkirdə ağır qəza: Ata və qızı öldübackend

Şəmkirdə ağır qəza: Ata və qızı öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı bəlli olub.

“Mercedes-Benz” markalı avtomobilin sürücüsü idarə etməni itirərək VAZ-2106 markalı avtomobilə, o isə VAZ-2107 markalı avtomobilə çırpılıb. Nəticədə VAZ-2107 markalı avtomobildə olan Bayram Gözəlov, Əliyeva Gəncalə və Əliyeva Aliyə hadisə yerində ölüblər. Avtomobildə olan Gözəlov Yasin, Gözəlov Hüseyn və digər sərnişin Əliyeva Hicra müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Zeynalov Elməddin və VAZ-2106 markal avtomobilin sürücüsü Allahverdiyev Sənan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

14:48

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Qasımalılar kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Bayram Həsən oğlu Gözəlov, onun qızı, Aliyə Bayram qızı Gözəlova və daha bir qadın dünyasını dəyişib.

Avtomobil qəzasında ailənin digər üzvləri, Yasin Bayram oğlu Gözəlov, Hüseyn Bayram oğlu Gözəlov və uşaqların nənəsi, Hicran Camal qızı Əliyeva ağır xəsarətlər alıb.

Hadisə zamanı həmçinin daha bir nəfər, Elməddin Orucəli oğlu Zeynalov da müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.