“Senatın qətnaməsinə qarşı arqumentləşdirilmiş qətnamə qəbul edilməlidir” – Şərhbackend

“Senatın qətnaməsinə qarşı arqumentləşdirilmiş qətnamə qəbul edilməlidir” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-Ermənistan münaqişəsinin nizamlama prosesində Rusiya ilə yanaşı, Fransanın iştirakına yol verilməsin”.

Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul edib. Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir. Bundan əlavə, qətnamə layihəsində milyonlarla azərbaycanlının 30 illik işğal ərzində fundamental insan hüquqlarından məhrum olunduqları, müharibə cinayətlərinə məruz qaldıqları və digər faktların nəzərə alınmadığına, Azərbaycana isə təcavüzkar rolu ayrıldığına diqqət cəlb edilib.

Mövzu ilə bağlı Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli İnterpress.az-a açıqlamasında bildirib ki, Qarabağ münaqişəsi konteksində dünya ölkələri tərəfindən Azərbaycan əleyhinə qəbul edilmiş bütün qətnamələr qərəzli hesab olunmalı və pislənməlidir:

“Ölkəmizin bütün ictimai-siyasi institutları bu istiqamətdə həmrəy olmalıdır. Nəzərə almalıyıq ki, hələ bizim erməni işğalında kifayət qədər torpaqlarımız qalır və 44 günlük vətən müharibəsi zamanı azad etdiyimiz ərazilərimiz vəhşicəsinə dağıdılıb. Bu baxımdan Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni pisləyirəm. Yaxşı olardı ki, Milli Məclis Senatın qətnaməsinə qarşı arqumentləşdirilmiş qətnamə qəbul edilsin. Bundan sonrakı addımlarda Azərbaycan-Ermənistan münaqişəsinin nizamlama prosesində Rusiya ilə yanaşı, Fransanın iştirakına yol verilməsin. Ölkənin diplomatik fəaliyyətində ciddi dönüş yaradılsın, beynəlxalq institutlarla əlaqələr genişləndirilsin. Fransanın Əlcəzairdə törətdiyi qətliam beynəlxalq müzakirə gündəminə çıxarılması üçün BMT strukturları ilə iş aparılsın”.