Alp dağlarında sərxoş xizəkçi təxminən 40 metr hündürlükdən yıxılaraq ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, 29 və 23 yaşlı xizəkçilər Deux Alpes dağından enərkən liftdə özlərini videoya çəkiblər.
12 dəqiqəlik yolda boyu 1,80 metr, çəkisi 100 kiloqramdan çox olan qoca pleksiglas şüşəni sındıraraq yerə yıxılıb.
“The İndependent”ə danışan Fransa polisi sərxoş şəxsin əylənmək üçün kabinənin pəncərələrinə doğru qaçdığını və bu səbəbdən şüşənin sındığını bildirib.
Prokurorluq hadisə yerinin araşdırılmasından sonra xəbəri təsdiqləyib.
Direct Line sığorta şirkətinin 2019-cu ildə apardığı araşdırma, gündə mindən çox britaniyalının xizək tətillərində spirtli içki qəbul etdikdən sonra xəsarət aldığını və son beş ildə 3,8 milyon insanın yamaclarda alkoqoldan xəsarət aldığını bildirib.