Səudiyyə Ərəbistanı müxtəlif ölkələrdən 284 nəfəri, o cümlədən 101 öz vətəndaşını, Sudandan isə ümumilikdə 385 nəfəri təxliyə edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən bildirilib ki, 10 Səudiyyə Ərəbistanı vətəndaşı və müxtəlif ölkələrdən 189 nəfər dəniz yolu ilə Ciddə limanına gətirilib.
Sudandan olan 29 Cənubi Koreya vətəndaşının Ciddədəki Kral Abdullah hava bazasına gətirildiyi qeyd edilib.
Rəsmi açıqlamalara görə, aprelin 22-dən bəri Sudandan təxliyə edilənlərin ümumi sayı 385 nəfərə çatıb.
Vətəndaşları təxliyə edilən ölkələr arasında ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Qətər, Suriya, Hollandiya, İraq, Türkiyə, Tanzaniya, Livan, Liviya və Cənubi Koreya da var.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə polis arasında silahlı toqquşmalar baş verib.
Qarşıdurmalarda 427 nəfərin öldüyü, 3700 nəfərin yaralandığını açıqlanıb.