Səudiyyə Ərəbistanı gündəlik əlavə hasilatı 1 milyon barel azaldacaqbackend

Səudiyyə Ərəbistanı gündəlik əlavə hasilatı 1 milyon barel azaldacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman ölkəsinin iyul ayı üçün gündəlik neft hasilatını könüllü olaraq əlavə olaraq 1 milyon barel azaldacağını və vəziyyətdən asılı olaraq bu azalmanın uzadıla biləcəyini bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi 13 OPEC üzvü və Rusiyanın başçılıq etdiyi OPEC-ə daxil olmayan 10 neft hasil edən ölkənin enerji və neft nazirlərinin Avstriyanın paytaxtı Vyanada bazar vəziyyətini qiymətləndirmək üçün bir araya gəlib.

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman görüşdən sonra tərəflər arasında “görünməmiş” razılaşma ilə bazarın daha ədalətli, görünən və şəffaf olacağını bildirib.

Ölkəsinin iyul ayında gündəlik 1 milyon barel əlavə hasilatı könüllü olaraq kəsəcəyi ilə bağlı məlumatı paylaşan Bin Selman, vəziyyətdən asılı olaraq əlavə azaltma qərarının uzadılacağını bildirib.

OPEC+ ölkələrinin qiymət indeksi üzərində hərəkət etmədiyini bildirən nazir Bin Selman bu yanaşmanın uğursuz olduğunu müdafiə edib.

Sözügedən iclasda alınan qərarlarla bağlı OPEC-dən verilən yazılı açıqlamada, OPEC+ ölkələrinin bu ilin sonuna qədər gündəlik hasilatın azaldılmasında heç bir dəyişiklik etməyəcəyi, bütün üzv ölkələrin gündəlik neft hasilatını bu səviyyədə saxlayacağı bildirilib.

Açıqlamada, Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) neft bazarındakı cari hadisələri qiymətləndirmək üçün iki aydan bir toplanacağı, 36-cı OPEC və qeyri-OPEC Nazirlər Görüşünün isə 26 Noyabr 2023-cü ildə keçiriləcəyi vurğulanıb.