Səudiyyə Ərəbistanı ordu ilə Çevik Polis Qüvvələri arasında qarşıdurmaların baş verdiyi Sudandan 114-ü öz vətəndaşı olmaqla ümumilikdə 2148 nəfəri təxliyə etdiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Sudandan təxliyə edilən 13-ü Səudiyyə Ərəbistanı vətəndaşı olan daha 1687 nəfər səhər saatlarında gəmi ilə Ciddəyə çatıb.
Sudanda qarşıdurma başlayandan bəri Ər-Riyad administrasiyası tərəfindən təxliyə edilənlərin sayı ümumilikdə 2148 nəfərə çatıb ki, onlardan 114-ü Səudiyyə Ərəbistanıdır.
Bildirilib ki, vətəndaşları təxliyyə edilən 62 ölkə arasında Avropa, Asiya və Afrikadan müxtəlif ölkələrlə yanaşı, ABŞ, İngiltərə, Türkiyə, Cənubi Koreya, Efiopiya, Pakistan da var.