Səudiyyə Ərəbistanı və Qətər yəhudilərin Məscidül-Əqsaya basqınlarını pisləyibbackend

Səudiyyə Ərəbistanı və Qətər yəhudilərin Məscidül-Əqsaya basqınlarını pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı və Qətər radikal yəhudi mühacirlər tərəfindən işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqınları pisləyib.

Bu barədə İnterpress.az xarici mətbuata istinadən xəbər verir.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən bildirilib ki, Qüds şəhərində Əl-Əqsa məscidinə edilən basqınlar sülh səylərinə zərbə vurur.

Qətər Xarici İşlər Nazirliyindən də yəhudilərin Məscidül-Əqsaya basqın etməsi şiddətlə pislənilib.

Qeyd edək ki, 85 radikal yəhudi köçkün Məscidül-Əqsaya təxribat xarakterli basqınlar həyata keçirib və müqəddəs hərəmdə Talmud ayinləri keçirib.