Səudiyyə Ərəbistanında dəhşətli qum fırtınası – VİDEObackend

Səudiyyə Ərəbistanında dəhşətli qum fırtınası – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının şimal-şərqində yerləşən Hafar Əl-Batin şəhərində qum fırtınası fəsadlar törədib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Əhaliyə təhlükəsiz qalmaq üçün evlərini tərk etməmək, nəqliyyat vasitəsi sürücülərinə isə səyahət zamanı diqqətli olmaları barədə xəbərdarlıq edilib.

Qum fırtınasının fəsadlar törətdiyi bölgədə nəqliyyatın hərəkəti dayanıb.

Şəhərin Rafha rayonundakı ticarət mərkəzi də qum buludları ilə dolub.

Sıx qum buludu ticarət mərkəzinə daxil olarkən alıcılar qumun keçmədiyi ərazilərə qaçmağa çalışıblar.

Xəsarət alanların sayının açıqlanmadığı fırtınada yerli hakimiyyət orqanları təhlükəsiz qalmaq üçün əhalini evlərini tərk etməmələri və avtomobil sürücülərinə səyahət zamanı diqqətli olmaları barədə xəbərdarlıq edib.