Seymur Orucov Gürcüstanla həmsərhəd Sadıqlı kəndində səyyar qəbulunu keçiribbackend

Seymur Orucov Gürcüstanla həmsərhəd Sadıqlı kəndində səyyar qəbulunu keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa rayonunun Gürcüstan respublikası ilə həmsərhəd yaşayış məntəqələrindən olan Sadıqlı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Sadıqlı kənd tam orta məktəbin akt zalında keçirilən səyyar qəbulda RİH başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə və aidiyyəti üzrə təşkilatların nümayəndələri iştirak ediblər.

RİH başçısı nəzərə çatdırıb ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq səyyar qəbulların keçirilməsində məqsəd yerlərdə əhalini narahat edən məsələləri ətraflı öyərənərək operativ həllinə nail olmaqdan ibarətdir.

Səyyar qəbulda vətəndaşların irəli sürdükləri müraciət və təkliflər qəbul olunaraq nəzarətə götürülb. Qaldırılan hər bir məsələ ətrafında aidiyyəti üzrə məsul şəxslərlə birlikdə müzakirələr aparılıb, həlli istiqamətində müvafiq tapşırıqlar verilib.