Seymur Orucov şəhid və qazi ailələri ilə görüşləri davam etdirirbackend

Seymur Orucov şəhid və qazi ailələri ilə görüşləri davam etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafada Vətən müharibəsi şəhidlərimizin ailələrinin və qazilərimizin ziyarətləri davam etdirilir.

İnterpress.az –Ağstafa Rayon İcra Hakimiyyətindən verilən məlumatda qeyd edilir ki. rayon İH-nin başçısı  başçısı Seymur Orucov növbəti dəfə Vətən müharibəsi şəhidlərimizin ailələrini ziyarət edib və qazilərimizə baş çəkib. Rayonun hüquq-mühafizə orqanları ilə birlikdə Ağstafa şəhəri, Qarahəsənli, Düzqışlaq və Kolayır kəndlərində olan İcra başçısı görüşlərdə onların qayğıları ilə maraqlanıb. Dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıdan geniş bəhs olunub.

 

       İnterpress.az