Sığınacaqda baş verən yanğında 8 nəfər ölübbackend

Sığınacaqda baş verən yanğında 8 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın ikinci böyük şəhəri Brnoda evsizlər üçün sığınacaqda baş verən yanğında 8 nəfər həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Polis sözçüsü Pavel Svab mətbuata bildirib ki, Brno şəhərinin Komarov rayonunda əsasən evsizlərin yaşadığı sığınacaqda gecə saatlarında yanğın baş verib.

Svab hadisədə 8 nəfərin öldüyünü, yanğının başqa bir evsiz şəxs tərəfindən törədilə biləcəyi şübhəsinin diqqət mərkəzində olduğunu, məsələ ilə bağlı genişmiqyaslı araşdırmalara başlanıldığını qeyd edib.

Yerli media xəbər verir ki, tibb qrupları hadisə yerində həyatını itirənlərdən başqa yanğından zərərçəkən heç kimi tapmayıb.

Baş nazir Petr Fiala hadisənin böyük faciə olduğunu ifadə edərək, həyatını itirənlərin yaxınlarına Twitter-də başsağlığı verib.

Brno Böyükşəhər Bələdiyyə Başçısı Marketa Vankova da başsağlığı mesajı paylaşaraq, bu faciəli hadisənin səbəbinin hər tərəfdən araşdırıldığını qeyd edib.