Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini “müharibə məşqi” kimi qiymətləndirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şimali Koreyanın təlimlərə qarşı “aqressiv” addımlar atacağı bildirilib.
Cənubi Koreya və ABŞ Şimali Koreyanın artan təhdidlərinə qarşı çəkindirməni gücləndirmək üçün səylərin davam etdirilməsi prosesində B-52H strateji bombardmançı təyyarəsi də daxil olmaqla birgə hava təlimləri keçirib.
Cənubi Koreya, ABŞ və Yaponiya dəniz qüvvələri Şimali Koreyanın “artan raket təhdidləri” səbəbindən koordinasiyanı gücləndirmək üçün birgə sualtı qayıq əleyhinə təlimlər keçirib.