Şimali Koreyadan Cənubi Koreyaya xəbərdarlıq: artilleriyalar hərəkətə keçdibackend

Şimali Koreyadan Cənubi Koreyaya xəbərdarlıq: artilleriyalar hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya dəniz sərhədi bölgələrində növbəti dəfə artilleriya təlimlərini keçirəcək.

Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, Cənubi Koreyanın təlimlərindən sonra Şimali Koreya ordusunun dəniz sərhədinə yaxın ərazilərdə ikinci artilleriya təlimlərinin keçirilməsi üçün əmr verilib.

Məlumata görə, bu, Cənubi Koreyaya “xəbərdarlıq”dır.

Xatırladaq ki, Cənubi Koreya ordusu Cheorvon bölgəsində təlimlər keçirib.

Cənubi Koreyanın dekabrın 5-də başlayan təliminin sabah başa çatacağı gözlənilir.