Şimali Koreyanın uğursuz peyk buraxma əməliyyatı bölgədə həyəcanlı anlar yaşadıbbackend

Şimali Koreyanın uğursuz peyk buraxma əməliyyatı bölgədə həyəcanlı anlar yaşadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya casus peyk buraxma əməliyyatının uğursuz olduğunu açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Peykin dənizə düşməsi ilə əlaqədar Cənubi Koreya və Yaponiyada xəbərdarlıq edilib.

Şimali Koreya mətbuatına görə, peyki daşıyan raket birinci və ikinci pillələrin ayrılmasından sonra zərbə qüvvəsini itirərək Koreya yarımadasının qərb sahilləri yaxınlığındakı sulara düşüb.

Alimlərin əməliyyatın niyə uğursuz olduğunu araşdırdıqları açıqlanıb.

Cənubi Koreya Baş Qərargahının açıqlamasında raketin səhər saat 6.30 radələrində Şimali Koreyanın əsas kosmosa buraxılış mərkəzinin yerləşdiyi şimal-qərb Tonqçanq-ri bölgəsindən buraxıldığı bildirilib.

Cənubi Koreya ordusu raketin suya düşməzdən əvvəl “anormal uçuş” etdiyini bildirib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno da jurnalistlərə bildirib ki, heç bir obyektin kosmosa çatmadığına inanılır.

Cənubi Koreya və Yaponiya xəbərdarlıq edib

Uğursuz buraxılış cəhdindən sonra Cənubi Koreyanın Seul şəhərinin ictimaiyyəti evakuasiyaya hazırlaşmağa çağırılıb.

Lakin sonradan heç bir zərər bildirilməyəndə həyəcan siqnalı ləğv edilib.

Yaponiya hökuməti əvvəlcə raket xəbərdarlığı sistemini işə salıb, sonra isə bu xəbərdarlığı aradan qaldırıb.