“Ermənistan Qarabağı əldə saxlamaq üçün sərmayə qoydu, sonunda bəzi şəxslər üçün malikanələrin tikintisinə nail olduq”.
İnterpress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində deyib.
O bildirib ki, Qarabağı əldə saxlamaq üçün hər şey etdik, nəticədə bir neçə şəxs üçün villalar tikildi.
“Ermənistan öz övladlarını qurban verdi, xalqdan dövlət büdcəsini kəsdi və hamı üçün Qarabağın mövcudluğunu təmin etdi.
Nəticədə biz ancaq bəzi şəxslər üçün malikanələrin tikintisinə nail olduq”, – Simonyan vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az