Siyasi partiyalar Prezident Administrasiyasına təkliflər verdibackend

Siyasi partiyalar Prezident Administrasiyasına təkliflər verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bir müddət öncə keçirilən onlayn tədbirdə siyasi partiyalarla bağlı qanun layihəsinin hazırlanacağını bildirib. Şöbə müdiri bununla əlaqədar partiya rəhbərlərinin təkliflərini gözlədiklərini də qeyd edib.


İnterpress.az
 saytı bir neçə partiyadan qanun layihəsi ilə təkliflər hazırlayıb-hazırlamadıqlarını öyrənməyə çalışıb.


Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı
 bildirib ki, hələ heç bir təklif hazlanmayıb:

“Hələ ki bu barədə təkliflərimizi hazırlayıb göndərməmişik. Güman ki, yaxın vaxtlarda bunu reallaşdıracağıq”.


ReAl Partiyasının Milli Məclisdəki təmsilçisi Erkin Qədirli
 təkliflərin göndərildiyini deyib:

“ReAl Partiyası olaraq Prezident Administrasiyasına təkliflərimizi göndərmişik. Qanun layihəsini isə hələ görməmişik”.


Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa
 da Prezident Administrasiyasına təklilər göndərdiyini qeyd edib:

“Qanun layihəsi ilə bağlı təkliflər hazırlayıb göndərmişik”.


Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı
 isə müzakirə zamanı bu barədə danışacağını vurğulayıb.

 

İnterpress.az