Kamçatka onkodispanserində səhv nəticəsində 167 xəstə hepatit B və C-yə yoluxub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Kamçatkanın onkologiya klinikasında səhv tibbi prosedur nəticəsində 167 xəstə hepatit B və C ilə yoluxub.
Yoluxmanın mənbəyi kompüter tomoqrafiyası (KT) otağı olub.
2023-cü ilin noyabrından 2024-cü ilin dekabrına qədər xəstələr kontrastlı KT zamanı yoluxub.
Əvvəlcə 49 yoluxma halı məlum idi, indi isə sayı 167-yə çatıb və hələ də artır.
Yoluxan bütün xəstələr onkoloji xəstələrdir və ağır vəziyyətdədirlər.
Rospotrebnadzor neçə nəfərin xərçəngdən deyil, hepatitdən öldüyünü araşdırır.
Skandalın ardından Kamçatka qubernatoru regional Səhiyyə Nazirliyinin rəhbərini işdən azad edib.
Xuraman Etibarlı
İnterpress.az





